Dünya 19:37 08.02.2023

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 9057-ə çatdı (YENİLƏNİB)

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 9057-ə yüksəlib.

Qaynarinfo xəbər verir ki, yararlıların sayı isə 52979 çatıb.

Zəlzələ nəticəsində isə 6444 bina dağılıb.
 
19.30

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 8574 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Onun sözlərinə görə, 49 133 nəfər yaralanıb. 

Təbii fəlakət nəticəsində 6444 bina dağılıb. 

12.34
 
Türkiyədə zəlzələdə ölənlərin sayı 7 108 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ nəticəsində xəsarət alanların sayı 40 910 nəfərdir.

12.06
 
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.
 
10.45
 
Türkiyədə zəlzələdə ölənlərin sayı 6234 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ nəticəsində xəsarət alanların sayı 37 011 nəfərdir.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Bundan sonra daha bir neçə güclü təkan qeydə alınıb. Təbii fəlakət  Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.
 
08.40

Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.

Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay açıqlayıb.

O əlavə edib ki, zəlzələ nəticəsində 5 775 bina dağılıb.

Qeyd edək ki, bu dəqiqəyə kimi ağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. 

Fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.