Dünya 22:37 09.02.2023

Türkiyədə zəlzələdə ölənlərin sayı 17 134 nəfərə çatdı, 70 347 nəfər yaralanıb (YENİLƏNİB)

Türkiyədə zəlzələdə ölənlərin sayı 17 134 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, zəlzələdə yaralananların sayı 70 347 nəfərdir.

Dağılan bina sayı isə 6 444-dür.
 
22.30 
 
Türkiyədə zəlzələdə ölənlərin sayı 16 170 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə zəlzələ bölgəsində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 64 194 nəfərdir.

Dağılan bina sayı isə 6 444-dür.
 
 16:09

Türkiyədə baş vermis dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 14351-ə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oqtay məlumat verib.

Onun sözlərinə görə, yaralıların 63794-dür. Zəlzələ nəticəsində dağılan binaların sayı isə 6444-ə bərabər olub.  
 
 14:36

Türkiyədə dəhşətli zəlzələ nəticəsində həlak olanların sayı 14 014-ə yüksəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Zəlzələ zamanı yaralananların sayı da artaraq 63 794-ə yüksəlib.  
 
10:04

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.
 
09:03

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 914 nəfər yaralanıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Bundan sonra daha bir neçə güclü təkan qeydə alınıb. Təbii fəlakət  Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.