Dünya 00:51 02.10.2023

Türkiyənin Ankaradakı terrora cavabı ağır oldu

Türkiyə Hərbi Hava Qüvvələri Ankaranın mərkəzində terrora cəhddən sonra İraqın şimalındakı PKK terror təşkilatına qarşı əməliyyat həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İraqın Metina, Hakurk, Qəndil və Qara bölgələrində terrorçuların hədəflərinə aviazərbələr endirilib.

Nəticədə yaraqlıların gizləndiyi 20 obyekt məhv edilib. Bundan əlavə, çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Xatırladaq ki, Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinə terror hücumu olub. Bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib. Terrorçulardan biri özünü partladıb, digər isə zərərsizləşdirilib.

Terror aktının törədildiyi yerdə 9,7 kq S-4 partlayıcısı və silah-sursat aşkarlanıb