Sənət 14:27 05.10.2022

Türkiyəyə aparılan Mirmahmud Mirəlioğlunun vəziyyəti necədir? - Qardaşından açıqlama

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun vəziyyəti stabil olaraq qalır.
 
Bu barədə Qaynarinfo-ya sədrin qardaşı Mirfayaz Fəttayev bildirib.
 
Qardaşı bildirib ki, Mirmahmud Mirəlioğlu hazırda Türkiyədə xəstəxanadadır: "Sistemli müalicə aparılır, amma gəzə bilmir. Həkimlər onun hərəkətinin yavaş-yavaş bərpa olunacağını deyib”.

Mirmahmud Mirəlioğlunun Bakıya dönməsinə gəlincə, Mirfayaz Fəttayev deyir ki, bu barədə heç bir müzakirə aparılmayıb: "Onun Bakıya dönməsi aparılan müalicələrin nəticəsindən asılı olacaq”. 

Qeyd edək ki, bir müddət bundan öncə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun səhhətində problemlər yaranıb. Bununla bağlı partiya sədri Türkiyənin Ankara şəhərində xəstəxanaya yerləşdirilib. 

Bahar Rüstəmli