Xəbər lenti

Foto 17:44 21.07.2023

Ucar rayonunun Şahlıq kənd sakinləri “Açıq mikrofon”da (FOTO)

Həftənin sonuncu "Səyyar qəbul otağı” Ucar rayonunun Şahlıq kəndində təşkil olunub. 

Qaynarinfo xəbər verir ki, aksiyaya qatılan 15-ə yaxın sakindən 5-i mikrofon önünə çıxaraq müraciətlərini ünvanlayıb. 

Müraciətlərə gəlincə isə bunlar fərdi yaşayış evinin qazlaşdırılması və qapı keçidinin quraşdırılmasından ibarət olub. Ağsu RQİİ-nin rəhbər şəxsləri vətəndaşların müraciətləri ilə bağlı ətraflı məlumat verdikdən sonra aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyat aparıblar.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?