Xəbər lenti

Foto 22:41 13.12.2023

Ucarda yağış suları evlərə dolub, sakinlərə külli miqdarda ziyan dəydi (FOTO)

Ucar rayonunun Oğuz küçəsində yağış suları evlərə dolub.

Bu barədə "Report”a sakinlər bildiriblər.

Onların sözlərinə görə, yağış suları damlardan evlərə dolur. Sakinlər bildiriblər ki, hələ bir neçə il əvvəl həyətyanı evlərin şiferləri qırmızı örtüklərlə (ondulin-red) əvəzlənib. Bir müddət sonra yeni örtüklər sıradan çıxıb.

İki gündür yağan yağışın suları damlardan evlərə dolaraq evlərə maddi zərər dəyib. "Günorta Günəş çıxanda örtük əriyir, yağış yağanda da həmin boşluqlardan su tavana tökülür. Artıq neçə ildir evə vanna, vedrə qoyuruq ki, su ora axsın. Evlərimiz rütubətlidir”.

Bizim evlərin əvvəlki şiferləri yaxşı vəziyyətdə idi. Problem yeni örtüklərdən sonra yarandı”, - sakin Sevda Musayeva bildirib.

Sakinlər bildirirlər ki, evlərin dam örtüklərinin şiferlə əvəzlənməsi lazımdır: "Bu isə xeyli miqdarda maddi vəsait tələb edir. Elə qonşularımız var, yağış sularının damması səbəbindən evləri yararsız vəziyyətə düşüb. Divar kağızları - oboylar qopub. Bunlar bir yana, elektrik naqilləri də islanır. Bu da bizim üçün təhlükəlidir”, - S.Musayeva qeyd edib.

"Biz 2007-ci ildən bu problemdən əziyyət çəkirik. Hər dəfə yağış suları evlərimizə dolur”, - başqa sakin şikayətlənib.

Sakinlər bildiriblər ki, onlar problemlə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət ediblər. Lakin nəticəsi olmayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?