İdman 19:10 30.07.2022

UEFA-dan yenilik: "Qarabağ"ın oyununda VAR sistemi olacaq

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan "Ferenstvaroş"una qarşı keçirəcəyi oyunlarda video-köməkçi hakim (VAR) sistemindən istifadə olunacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, VAR sistemi III təsnifat mərhələsinin matçlarında ilk dəfə tətbiq olunacaq. 

Avropa futbol qurumu VAR qurğusunun təşkili ilə bağlı klublar və televiziya yayıma cavabdeh olan uyğun telekanallarla sıx əməkdaşlıq edir.

Qeyd edək ki, "Qarabağ" "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.