İdman 17:00 18.09.2023

UEFA prezidenti Rusiyanın beynəlxalq futbola nə vaxt qayıdacağını açıqladı

UEFA Ukraynada müharibə bitəndən sonra Rusiya klublarını və milli komandalarını turnirlərə qaytaracaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Metropolitan" Avropa futbolunun rəhbəri Aleksander Çeferinə istinadən məlumat yayıb.
 
"Rusiya müharibənin sonuna qədər kənarda qalacaq", – Çeferin bildirib.

Funksioner "Qazprom”la müqavilənin ləğvindən də danışıb.

"Sadəcə, bunu müəyyən bir şəkildə simvolik hərəkət kimi etmək lazım idi. Çətin ki, qarşılaşmaları yüz milyonlarla insanın izlədiyi bir vaxtda stadionlarda bu şirkətin reklamını göstərə bilərdik. 

Təəssüf edirəm ki, belədir, amma bunu etməli idik. Amma bu da bir həqiqətdir ki, buna görə ən çox hay-küy salanlar hələ də həmin şirkətdən qaz alanlardır”, - deyə UEFA prezidenti əlavə edib.

Xatırladaq ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə ilə əlaqədar Rusiya klubları və milli komandaları beynəlxalq futbol turnirlərindən kənarlaşdırılıb.

Nizami Bağırov