İdman 10:55 21.12.2023

Ürəyi dayanan oyunçuya görə ləğv olunan matçla bağlı qərar verildi

İngiltərə Premyer Liqasında yarımçıq qalmış "Bornmut" - "Luton Taun" matçı yenidən oynanılacaq.

Qaynarinfo-nun məlumatına görə, Premyer Liqa rəhbərliyindən verilən açıqlamada, hesab 1:1 olarkən yarımçıq dayandırılan oyun qaldığı yerdən, 59-cu dəqiqədən etibarən davam etdiriləcək. 

Oyun "Luton Taun"un kapitanı Tom Lokyerin huşunu itirərək yerə yıxılması səbəbindən 59-cu dəqiqədə ləğv edilmişdi. Qarşılaşma zamanı ürəyi dayanan futbolçu meydana çağırılan tibbi personalın erkən müdaxiləsi nəticəsində futbolçu özünə gəlib. Müalicəsi xəstəxanada davam etdirilən 29 yaşlı futbolçunun xəbərdarlıqlara reaksiya verməyə başladığı və səhhətinin stabilləşdiyi açıqlanıb.

Lokyer keçən mövsümün mayında da komandasının Premyer Liqaya yüksəlmək üçün pley-off mərhələsinin finalında "Koventri Siti" ilə matçda yıxılaraq xəstəxanaya yerləşdirilmişdi. Ürəyindən əməliyyat olunan müdafiəçi səhhətinin yaxşılaşması ilə əlaqədar iyun ayında futbola qayıtmışdı.

Səbuhi Həsənov