Siyasət 21:22 30.10.2022

Uğur Dəmircan: “Laçında gedən quruculuq işləri məni çox sevindirir”

"Dörd ay əvvəl də mən bura gəlmişdim. O zaman təhlükəsizlik xidməti ilə biz buradan yalnız keçib gedə bildik. Laçını tərk edilmiş, boş gördük. Yol kənarlarında ermənicə lövhələr vardı. Bizə nə dayanmağa, nə də ki, foto çəkməyə icazə vermədilər”.

Bu sözləri APA-nın yerli bürosunun əməkdaşına Türkiyə Gəzginlər Klubunun üzvü Uğur Dəmircan söyləyib.
 
Səyyah gördükləri barədə bunları söyləyib:

"Dörd ay sonra geri döndüm və çox sevinirəm ki, azad edildikdən sonra Laçına ilk gələn səyahətçilər biz olduq. Burada gördüyümüz erməni vəhşiliyini bütün dünyada anladacam.

Laçında gedən quruculuq işləri məni çox sevindirir. İki ay içində görülən bu qədər böyük işlər məni heyrətləndirdi. İnanıram ki, tezliklə burada yaşayış başlayacaq”.