Xəbər lenti

Maqazin 19:24 05.02.2024

Ukrayna əsilli model "Miss Japan 2024" titulundan imtina etdi

"Miss Japan 2024” gözəllik müsabiqəsinin qalibi olmuş Ukrayna əsilli Karolina Şiino tituldan imtina edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Kyodo News" tədbirin təşkilatçılarına istinadən yazır.

Agentliyin məlumatına görə, q.ız bu qərarı şəxsi həyatı ilə bağlı mediada yer alan təfərrüatlara görə verib. Xüsusilə, Şiinonun evli bir kişi ilə münasibətindən söhbət gedir

"Miss Japan 2024” gözəllik müsabiqəsinin qalibi olan Yaponiya vətəndaşlığı almış Ukrayna əsilli model titulundan imtina edib", deyə nəşr yazır.

Materialda vurğulanır ki, 26 yaşlı ukraynalının qələbəsi mənşəyinə görə əvvəldən mübahisəli sayılırdı. Ancaq bu hekayəyə onun ukraynalı kökləri deyil, həftəlik "Şukan Bunşun" tabloidindəki məqalə son qoyub. Onun sayəsində ictimaiyyət Siinonun "evli, nüfuzlu bir həkim" ilə münasibətindən xəbər tutub.

Daha sonra gözəllik müsabiqəsinin təşkilatçıları öz internet səhifəsində bu vəziyyətlə bağlı üzrxahlıq edib. Həmçinin, Miss Yaponiya Assosiasiyası birinci yerin və əsas mükafatın bu ilin sonuna qədər boş qalacağını bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->