Dünya 15:55 20.01.2023

Ukrayna güclənir: Finlandiya prezidenti də təsdiq etdi

Finlandiya prezidenti Sauli Niinistö Ukraynaya ağır silah və sursatlardan ibarət 12-ci hərbi yardım paketinin ayrılmasını təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə cümə günü, yanvarın 20-də Finlandiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
 
Paketə dəyəri 400 milyon avrodan çox olan silahlar daxil olacaq. Ümumilikdə Finlandiya Ukraynaya 590 milyon avro hərbi yardım ayırıb.
Finlandiya hökuməti qeyd edib ki, ölkə yardımın bir hissəsini İsveçlə əməkdaşlıq sayəsində göndərə bilər.

Bundan əvvəl Finlandiya prezidenti Sauli Niinistö ölkəsinin Ukraynaya az sayda "Leopard” tankı ötürə biləcəyini təsdiqləyib. Yanvarın 16-da ölkənin müdafiə naziri Mikko Savola bildirib ki, bu cür avadanlıqların verilməsi məsələsi yanvarın 20-də Ramşteyn formatında keçiriləcək görüşdə müzakirə olunacaq.

Nizami Bağırov