Dünya 13:49 11.07.2022

Ukrayna işğal altındakı bir kəndi azad etdi

Ukrayna qüvvələri Rusiyanın cənubundakı Xerson vilayətinin İvanivka kəndini geri alıb. 

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna piyada briqadası xəbər verib.
 
"İvanivkada rus işğalçılarından qalan yeganə nəsnə dəhşətli xatirələr və "ölü” hərbi texnikadır”, - deyə məlumatda bildirilir.

"Reuters" bu iddianı dərhal təsdiq edə bilməyib. Ərazidə başqa adda İvanivka kəndi də var. Onlardan biri cəbhə xətti boyunca yerləşir. Eyni zamanda Rusiya qüvvələrinin Ukrayna şəhərlərinə hücumu davam edir. 

Ukrayna Prezident aparatının rəsmisi bildirib ki, Rusiya şəhərə çoxsaylı reaktiv yaylım atəşi açıb və yaşayış məntəqələrini vurub. 
Bu gün səhər Xarkov şəhərindəki yaşayış məntəqəsinə hücum nəticəsində 3 nəfər ölüb, 28 nəfər yaralanıb.

Nurlan