Dünya 11:16 21.05.2022

Ukrayna ordusu rusların silah-sursat anbarını partlatdı (VİDEO)

Köhnə mövqelərinə qayıtmağa çalışan rus qoşunları Xarkov yaxınlığında itkilər verməkdə davam edir.

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu dəfə İzüm rayonundakı sursat anbarı Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. 

Video mayın 21-də internetdə yerləşdirilib.

Döyüşçülərin lentə aldığı kadrlardan da göründüyü kimi, Ukraynanın zərbəsi nəticəsində Rusiya Silahlı Qüvvələrinə məxsus silah-sursat anbarı partlayıb və geniş ərazidə yanıb.
 
Alpər