Finlandiya parlamentinin müdafiə komitəsinin sədri Yukka Kopra ölkəsinin hərbi yardıma heç bir məhdudiyyət qoymadığını deyib. Ona görə də Ukrayna Rusiya ərazisinə hücumlar üçün Finlandiyanın verdiyi silahlardan istifadə edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yle" məlumat
yayıb.
"Mən bildiyimə görə, Finlandiya belə məhdudiyyətlər qoymayıb və Ukraynanın bu silahlardan hərbi hədəflərə qarşı və Rusiya ərazisində istifadə etmək hüququ olmalıdır”, - finlandiyalı deputat bildirib.
Eyni zamanda, Finlandiyanın müdafiə naziri Antti Qakkanen qeyd edib ki, silahdan istifadəyə məhdudiyyətlər əsasən Ukraynanı uzaqmənzilli silahlarla təmin edən ölkələr tərəfindən qoyulub.
Nəşrin yazdığı kimi, Finlandiya Müdafiə Komitəsinin sədr müavini Mikko Savola vurğulayıb ki, Finlandiyanın verdiyi silahlar Ukrayna tərəfindən Rusiya ərazisində istifadə oluna bilər, lakin bu silahların mənzili, məsələn, uzaqmənzilli raketlərdən daha qısadır.
Nizami Bağırov
Şərhlər