Xəbər lenti

Dünya 12:01 24.04.2024

Ukrayna Rusiya neft emalı zavodlarına hücum etdi: Smolenskdə neft anbarı yanır

Peyklər Rusiyanın Smolensk vilayətindəki neft anbarında güclü yanğını qeydə alıblar.

Qaynarinfo xəbər verir ki, Razdoro kəndi yaxınlığındakı neft emalı zavodu yanır.

Bundan əvvəl Smolensk vilayətinin qubernatoru Vasili Anoxin aprelin 24-nə keçən gecə pilotsuz təyyarələrin Smolensk və Yartsevo rayonlarında yanacaq-energetika obyektlərinə hücum etdiyini və yanğınların başladığını təsdiqləyib.

Anoxin bildirib ki, zərbələr nəticəsində ölən və xəsarət alan olmayıb. Hadisə yerində xilasedicilər və hüquq-mühafizə orqanları işləyir.

Həmçinin gecə saatlarında PUA-lar Voronej vilayətində neft emalı zavoduna və ya neft anbarına hücum edib və genişmiqyaslı yanğının görüntüləri internetdə yayımlanıb. Bundan əlavə, pilotsuz təyyarələr Lipetskdəki Novolipetsk Dəmir-Polad Zavoduna (NLMK ) zərbələr endirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->