Dünya 18:24 25.05.2022

Ukrayna uduzsa, növbəti hədəf bu ölkə olacaq - Baş nazir açıqladı

Slovakiyanın baş naziri Eduard Heqerin fikrincə, Ukrayna müharibəni uduzsa, növbəti hədəf Slovakiya olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” məlumat yayıb.

Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Heqer Aİ ölkələrini Rusiya enerjisindən həddən artıq asılı olduqlarına görə tənqid edib və liderləri Rusiya ilə öz prinsiplərini "güzəştə getməyi dayandırmağa” çağırıb.

"Biz uzun müddətdir ki, öz dəyərlərimizi ucuz qaz və neftlə mübadilə edirik. Putinlə kompromis Ukraynada müharibəyə səbəb oldu. İnsanların öldüyü təcavüzkar müharibəyə”, deyə nazir bildirib.

Nizami Bağırov