Dünya 12:27 24.03.2023

Ukraynanın dəstəkləməsində “yeni uğurlar” yoxdur və Kreml də bunu görür - Zelenski

Qərb dövlətləri və beynəlxalq təşkilatlar Ukraynaya mühüm yardım göstərməkdə davam edir və buna görə minnətdardır, lakin son vaxtlar ölkə lazımi dəstəyin verilməsində gecikmə ilə üzləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında yayımladığı videomüraciətdə bildirib.

"Hörmətli həmkarlar, sizə elə gəlmirmi, bizim birgə fəaliyyətdəki uğurlar, birgə fəaliyyətdəki uğurlardan daha azdır? Təəssüf ki, belədir. Kreml də bunu görür. Bu, bizi sülhə nail olmaqdan uzaqlaşdırır”, - deyə Zelenski vurğulayıb.

Bu tendensiyanı təsdiqləyən misallar arasında o, Ukrayna Silahlı Qüvvələrinə uzaqmənzilli raketlərin verilməsinin gecikməsini, Ukrayna ordusunun müasir döyüş təyyarələri ilə təmin olunmasında irəliləyişin olmaması, Rusiyaya qarşı yeni sanksiyaların gecikdirilməsi, Ukraynanın münaqişənin həlli və Avropaya inteqrasiyanın təşviqi üçün Kiyevin təklif etdiyi planın müzakirəsi üçün sammit keçirmək ideyasına kifayət qədər dəstəyin göstərilməməsini qeyd edib.

Ukrayna hakimiyyəti dəfələrlə Qərb ölkələrindən müasir qırıcı təyyarələrin verilməsini xahiş edib, lakin hazırda heç bir ölkə belə tədarüklərə razılıq verməyib. ABŞ prezidenti Co Bayden bildirib ki, hazırda Ukrayna ordusuna F-16 qırıcıları yox, digər silahlar - HİMARS, hava hücumundan müdafiə və artilleriya lazımdır. Qərb ölkələrinin Kiyevə uzaqmənzilli raketlər ötürmək istəməməsi münaqişənin gərginləşməsi təhlükəsi ilə izah olunur.

Alpər