Ölkə 11:01 01.06.2022

“Uşaqların ölməyini öz gözümlə görmüşəm” - Aqil Abbas

"Ən böyük arzum uşaq pulunun verilməsidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günündən danışarkən deyib. Deputat bildirib ki, uşaqlara ildə bir deyil, hər gün bayram olmalıdır:

"Uşaqlar özü bayramdır, biz onlara hər gün bayram əhvalı yaşatmalıyıq. Mənim uşaqlara arzum var, bütün dünyadakı uşaqlara müharibəsiz bir dünya arzulayardım. Müharibə olmasın, uşaqlar müharibə görməsin, qalan hər şey zamanla düzələcək. Mən müharibədə uşaqların ölməyini öz gözümlə görmüşəm, dəhşətli bir şeydir. Allah uşaqları bizə bəxş edibsə, onlara müharibə dəhşətləri yaşatmasın”.

Aqil Abbas hesab edir ki, iqtisadiyyat güclənən kimi uşaqlara uşaq pulu da veriləcək.

Bahar Rüstəmli