Dünya 17:59 16.07.2022

Venesuela İran istehsalı olan dronlarını nümayiş etdirdi

Venesuelanın Müstəqillik Günü münasibətilə keçirilən hərbi paradda ölkə ordusunda istifadə edilən İran istehsalı olan pilotsuz təyyarələr ilk dəfə nümayiş etdirilib.

Qaynarinfo bu barədə VOA-in fars bölməsinə istinadən xəbər verir.

 Bu PUA-lar İran tərəfindən Venesuelaya verilən ANSU 100 və ANSOO 200 adlı iki modeldir.

Görünən odur ki, iqtisadi və enerji əməkdaşlığından sonra İran və Venesuela əməkdaşlığının ölçüləri hərbi miqyasa çatıb.

Qeyd edilir ki, ABŞ-ın hər iki ölkəyə qarşı neft sanksiyaları tətbiq etməsindən sonra bu iki ölkə sanksiyalardan yan keçmək və neytrallaşdırmaq üçün hər zaman yaxından əməkdaşlıq ediblər.

Aydın