Xəbər lenti

Maqazin 12:48 22.04.2024

Verilişə gələcəyini dedi, gəlmədi - Aparıcı ilə xanəndə arasında gərginlik

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Lətafət Ələkbərova arasında qalmaqal yaşanıb. 

Axşam.az-ın əldə etdiyi məlumata görə, bir neçə müddətdir fəaliyyətini MTV-də davam etdirən L.Ələkbərova "Lətafətin mətbəxi" proqramına xanəndəni qonaq çağırıb. O isə gələcəyini desə də, proqrama qatılmayıb. 

Nigar daha sonra bildirib ki, verilişə gələn zaman aparıcıya zəng edib, o isə cavab verməyib. 

Bu isə aparıcı ilə müğənni arasında mübahisəyə səbəb olub. L.Ələkbərova müğənninin onun proqramdakı planları pozduğunu bildirib. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->