Ölkə 09:28 04.03.2023

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldü

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Qaynarinfo-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Bilkdirilib ki, Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi VAZ 2107 markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü, Vətən Müharibəsi iştirakçısı, Şəhriyar Məmmədovu vurub və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir