Ölkə 18:47 25.07.2022

Vətən müharibəsi iştirakçısı itkin düşüb

Neftçala rayon sakini Abşeronda itkin düşüb.

APA-xəbər verir ki, Neftçala rayon sakini olan Cavid Bədəlovun Xırdalan şəhərində yaşadığı və orada itkin düşdüyü bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya bildirilib ki, fakt nəzarətə götürülüb və Cavid Bədəlovun tapılması istiqamətində polis əməkdaşları tərəfindən axtarışlar davam etdirilir: "Cavid Bədəlovun ailəsi iyulun 21-də polisə onun itkin düşməsi barədə ərizə ilə müraciət edib, onun tapılması üçün zəruri tədbirlər görülür".

Cavid Bədəlov Vətən müharibəsinin iştirakçısı olub.