Xəbər lenti

Foto 13:07 01.02.2024

Vətən müharibəsi iştirakçısına da Prezident mükafatı verildi (FOTO)

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Mükafat alanlar sırasında Vətən Müharibəzi iştirakçısı Allahverdiyev Ayxan Elman oğlu da var. 

Qaynarinfo-nun məlumatına görə, Ayxan Allahverdiyev Elman oğlu 13 dekabr 1999-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 287 saylı Zəkalar liseyində, Quba özəl türk liseyində, daha sonra isə 165 nömrəli orta məktəbdə alıb. 

2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetində Metallurgiya fakultəsinin "Dağ-mədən mühəndisliyi" ixtisası üzrə təhsil alıb. 2017-ci ildə "IV İslam Həmrəyliyi Oyunları” zamanı könüllü olaraq fəaliyyət göstərib. 

2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. 27 sentyabr tarixində torpaqlarımızın azadlığı uğrunda başlayan hərbi əməliyyatlarda iştirak edib. Döyüş yolu Füzuli rayonunda başlayıb, daha sonra Cəbrayıl, sonda isə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində bitib. Ali Baş Komandan İlham Əliyevin 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Döyüşlərdən sonra da hərbi xidmətdə fərqləndiyinə görə komandanlıq tərəfindən təşşəkkürnamə və fəxri fərman ilə təltif olunub. 

2021-ci ilin iyul ayında hərbi xidməti bitirdikdən sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqında təcrübəçi olaraq çalışıb. 2021-ci ilin noyabr ayında "Böyük Qayıdış” Gənclər Təşkilatının payız təcrübə proqramına qoşulub. 

Təşkilat Qarabağa qayıdış proesi istiqamətində gənclərin səfərbər edilməsi, məcburi köçkün gənclərinin, şəhid və qazi övladlarının, gənc qazilərin cəmiyyətə sosial inteqrasiyası üzrə fəaliyyət göstərir. Təşkilatda fəaliyyət göstərdiyim müddətdə(hal-hazırda davam edir) bir çox layihələrin müəllifi, rəhbəri və ya koordinatorudur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->