Ölkə 11:20 26.02.2023

Vətən müharibəsi şəhidinin yeganə övladı dünyasını dəyişdi (FOTO)

Vətən müharibəsi şəhidi Valeh Əkbərzadənin yeganə övladı dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında məlumat yayıb.

"Lənkəran rayonunun Boladi kəndinin şəhidi Valeh Əkbərzadənin yeganə övladı Murad ağır ürək çatışmazlığı xəstəliyindən vəfat edib.
Valeh Əkbərzadə 5 noyabr 2020-ci il tarixdə Şuşada şəhid olub. Ata-bala qovuşdular. Allah rəhmət eləsin”, - E.İslamoğlu bildirib.
 


Qeyd edək ki, Valeh Əkbərzadə Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.