Ölkə 11:32 18.12.2023

Vilayət Eyvazov bu rəislərin yerini dəyişdirdi

Daxili işlər orqanlarında yeni təyinatlar olub.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirbağır Bağırov vəzifədən azad edilib.

O, digər əmrlə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib.

Bundan başqa, 4-cü Polis Şöbəsinin rəisi polis mayoru Natiq Teymurov da 2-ci Polis Şöbəsinə rəis göndərilib.