Foto 15:53 18.01.2024

Vladimirovka kəndinin 30-a yaxın sakini qazla bağlı müraciətlərini ünvanladı (FOTO)

"SOCAR-ın "Azəriqaz" İB-nin bölgələrdə təşkil etdiyi "Açıq mikrofon" aksiyasının nəticəsi olaraq bu gün Xaçmazın İstisu qəsəbəsi, Sabiroba və Niyazabad kəndlərinin qazlaşdırılması üçün mal-materiallar gətirilib. Yaxın günlərdə adları çəkilən ərazilərin qazlaşdırılması prosesi həyata keçiriləcək. Odur ki, Vladimirovka kəndinin sakinləri də mavi yanacaqla bağlı müraciətlərini ünvanlaya bilər". 

Bunu Xaçmaz RQİİ-nin rəisi Quba rayonunda keçirilən aksiyada bildirib. Daha sonra mikrofon elə Vladimirovka kənd sakinlərinin ixtiyarına verilib. 

Çıxış edənlərin əksəriyyəti 350-yə yaxın sakinin adından müraciətlərini ünvanlayaraq kəndin qazlaşdırılmayan ərazilərində küçə qaz xəttinin çəkilməsini istəyiblər. 

Aksiyaya İqriq kəndindən qatılan Mahir Abayevin də xahişi Vladimirovka kənd sakinlərinin istəyi ilə eynilik  təşkil edib. Xaçmaz RQİİ-nin rəhbər şəxsləri səsləndirilən müraciətləri qeydiyyata alaraq aidiyyəti üzrə tapşırıqlar veriblər.