Xəbər lenti

Dünya 14:17 01.11.2023

Vuçiç parlamenti buraxdı, növbədənkənar seçki təyin etdi

Serbiya prezidenti Aleksandr Vuçiç parlamentin buraxıldığını elan edib. 

Qaynarinfo Serbiya Radio və Televiziyasına istinadən xəbər verir ki, erkən seçkilər dekabrın 17-nə təyin olunub.

"Serbiya Konstitusiyasının 109-cu maddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, "Respublika Prezidenti haqqında” Qanunun 21-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, Serbiya Respublikası Hökumətinin 30 oktyabr 2023-cü il tarixli əsaslandırılmış təklifi ilə mən Milli Məclisinin buraxılması haqqında fərman verirəm”, deyə Vuçiç bildirib.

O, həmçinin dekabrın 17-nə növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında sənəd imzalayıb. Prezident müraciətində "Ölkənin Kosovo və Metoxiya ilə münasibətlərə və digər regional və qlobal problemlərə görə çoxsaylı təzyiqlərlə üzləşəcəyi bir vaxtda” dövlət maraqlarını qorumaq üçün serb xalqının birləşməsinin zəruriliyindən danışıb.

Vuçiç qeyd edib ki, Serbiya üçün sülh, sabitlik və demokratiyanın qorunması vacibdir:

"Deyərdim ki, bu kampaniya rəqabət aparacaq, lakin heç vaxt dövlətimizə, xalqımıza və milli maraqlarımıza təhlükə yaratmayacaq müxtəlif ideyaları, proqramları, siyasəti sivil şəkildə təqdim etmək imkanıdır”.

Qeyd edək ki, oktyabrın 30-da Serbiya hökuməti prezident Aleksandar Vuçiçə parlamentin buraxılması və seçkilərin təyin edilməsi ilə bağlı əsaslandırılmış təklif göndərib. Eyni zamanda, 65 şəhər şurasının buraxılması barədə qərar qəbul edilib. Dekabrın 17-də şəhər şuralarına da seçkilər keçiriləcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->