Xəbər lenti

Dünya 11:12 20.07.2023

Vuçiç Stoltenberqdən NATO-dan Kosovodakı serbləri müdafiə etməsini istədi

Serbiya prezidenti Aleksandar Vuçiç NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqları zamanı Alyansdan Kosovonun təzyiqlərə məruz qalan serb əhalisinin daha çox müdafiəsini istəyib.

Qaynarinfo "Yevropeyska pravda"ya istinadən xəbər verir ki, Vuçiç bunu Stoltenberqlə danışıqlardan sonra mediaya açıqlamasında deyib.

Serbiya prezidenti bildirib ki, onun NATO baş katibi ilə müzakirələri Kosovonun şimalında baş verən son hadisələr və gərginlik, yəni Alyansın sülhməramlılarının da yaralandığı toqquşmalarla bağlı olub.

"Biz inanırıq ki, hər şey Priştina hakimiyyətinin məsuliyyətsiz yanaşması nəticəsində baş verib", - Vuçiç deyib.

O, həmçinin son altı ay ərzində Kosovoda ən azı altı serbinin "albanlar, ilk növbədə onların təhlükəsizlik qüvvələri tərəfindən güllələndiyindən” şikayətlənib və NATO-nun serb əhalisinin müdafiəsini təmin etməsi xahişi ilə baş katibə müraciət edib.

Öz növbəsində Stoltenberq Priştina və Belqradı "gərginliyi azaltmağa, eskalasiya və ritorikadan çəkinməyə” çağırıb.

"Biz qəti şəkildə inanırıq ki, irəliyə doğru yeganə yol dialoqdur, Aİ tərəfindən asanlaşdırılan və NATO tərəfindən güclü şəkildə dəstəklənən dialoqdur. Serbiya uzun müddətdir NATO tərəfdaşıdır və inanırıq ki, siz bu dialoqda konstruktiv şəkildə iştirak edəcəksiniz", - NATO-nun baş katibi bildirib.

Xatırladaq ki, aprel ayında Kosovo serblərinin boykot etdiyi mer seçkilərindən sonra Kosovonun şimalındakı serb icmalarında etirazlar başlayıb. Zveçan kəndində etirazçılar NATO sülhməramlılarına yandırıcı qurğular və daşlarla hücum ediblər. 30 italyan və macar əsgəri və 50-dən çox serb yaralanıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->