Xəbər lenti

Dünya 23:41 12.11.2023

Vulkan bu Avropa şəhərini məhv edə bilər

Paytaxt Reykyavik yaxınlığındakı təxminən 4000 əhalisi olan İslandiyanın şəhəri yaxın bir neçə saat və ya gün ərzində gözlənilən vulkan püskürməsi nəticəsində ciddi ziyan görə bilər.

Bu barədə "Report” "The Guardian”a istinadən xəbər verir.

Ölkənin cənub-qərbindəki Qrindovik şəhəri şənbə günü səhər tezdən püskürmənin xəbərçisi olduğu güman edilən maqmanın yer qabığının altındakı yerdəyişməsindən sonra boşaldılıb.

İslandiyanın Mülki Müdafiə və Fövqəladə Hallar İdarəsinin rəhbəri Vidir Reynisson bildirib ki, hökuməti ərazidəki bütün evlərin və infrastrukturun vəziyyəti çox narahat edir:

"Təxminən 15 kilometr uzunluğunda bir çökmə mövcuddur və bu çökmənin istənilən nöqtəsində püskürmə baş verə bilər”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?