Video 14:53 23.05.2023

Vüsal Hacıyevin solo konserti olacaq (VİDEO)

Müğənni Vüsal Hacıyevin solo konserti keçiriləcək.

Qaynarinfo xəbər verir ki, "Dahi” adlı konsert proqramı mərhum Prezident Heydər Əliyevin 100 illiyinə həsr olunacaq. 

Konsert iyunun 27-də Muğam Mərkəzində baş tutacaq.

Konsert proqramında müğənni Vüsal Hacıyevi "EtnoClass” orkestri müşaiyyət edəcək. Sənətçi repertuarında olan mahnılarla yanaşı, yeni parçalar da ifa edəcək.

Bahar Rüstəmli