İdman 12:00 29.02.2024

Xankəndi yolundakı qəzada xəsarət alan PFL rəsmisi UEFA-dan təyinat aldı

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

Qaynarinfo bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Azərbaycanlı funksioner UEFA Konfrans Liqasının 1/16 final mərhələsi çərçivəsində martın 7-də Avstriyanın Qrats şəhərindəki "Stadium Graz Liebenau" stadionunda keçiriləcək "Şturm" (Avstriya) – "Lill" (Fransa) oyununun UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.