Xəbər lenti

Ölkə 16:40 08.02.2024

Xankəndidə təhsil alacaq tələbələrə təqaüd veriləcək

Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq.

"Report" xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində tələbələr üçün yataqxananın olması nəzərdə tutulur: "Ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır. Universitetin bir neçə tədris korpusu olacaq. İlk mərhələdə tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar".
 
Nazir müavini bildirib ki, növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq: "Ali təhsil müəssisəsində mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur".
 
Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas tədris olunacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->