Ekonomiks 10:11 21.10.2023

Xəbəri olmadan adına şirkət açıldı: 45 min manat vergi borcu var (VİDEO)

Bakı sakini Faiq Abbasovun adına şirkət açılıb və onun ünvanına külli miqdarda vergi borcu gəlib.

5 il öncə Faiq Abbasovun xəbəri olmadan onun adına şirkət yaradıblar. Nəticədə onun adına külli miqdarda vergi borcu yaranıb.

O özü isə bu barədə 2 il öncə xəbər tutub.

Şikayətçi problemlə bağlı etdiyi müraciətlərin nəticəsinin olmadığını bildirib.

Faiq Abbasov iddia edir ki, adına yaradılan şirkətdən xəbəri olmayıb, ancaq hazırda onun 45 min manata yaxın vergi borcu var.
Məhz bu məsələ ilə bağlı hazırda F.Abbasovun ölkədən çıxışına da qadağa qoyulub.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirilib ki, vətəndaş ilk olaraq Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərinə yaxınlaşaraq "Asan İmza" ilə bağlı əməliyyatları dayandırmalıdır. Həmçinin, hüquq-mühafizə orqanlarına müraciət etməlidir.

Qurumun məlumatına görə, bu, vətəndaşı tam olaraq məsuliyyətdən azad etmir, lakin aparılan araşdırmalar və istintaq çərçivəsində saxtakarlığa yol verən şəxslər müəyyən ediləcək.