İdman 15:27 28.10.2022

Xərçəng diaqnozu qoyulan futbolçu məşqlərə başladı

Xərçəng xəstəliyini geridə qoyan və sağalmağa davam edən Sebastyen Haller keçmiş klubu "Ayaks" ilə məşqlərə başlayıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, "Ayaks"ın baş məşqçisi Alfred Şreyder yerli mətbuata açıqlamasında futbolçunun məşqləri bərpa etdiyini təsdiqləyib. 

2021/22 mövsümündə "Ayaks"ın heyətində 34 qola imza atan Haller "Borussiya"ya (Dortmund) transfer olunmuşdu. Alman klubuna transferindən qısa müddət sonra, İsveçrədə təlim-məşq toplanışı keçən zaman özünü pis hiss edən futbolçu testlərə cəlb olunmuş və ona bədxassəli şiş diaqozu qoyulmuşdu. 

Haller "Ayaks"ın formasında meydana çıxdığı 66 oyunda 47 qola imza atıb. Çempionlar Liqasınn ötənilki mövsümündə isə meydana çıxdığı 8 matçda 11 qol vurmuşdu. 

O, Fil Dişi Sahili millisində 15 oyun keçirib. Buna qədər isə Fransanın gənclərdən ibarət yığmasında oynayıb.

Səbuhi Həsənov