Ölkə 15:22 06.06.2023

Xəstəxanaya yerləşdirilən Arif Hacılının səhhəti necədir?

Müsavat başqanı Arif Hacılının səhhəti normallaşır.
 
Bu barədə Qaynarinfo-ya partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirən Arif Hacılının səhhətindən danışarkən deyib. O, Arif Hacılının reanimasiyadan palataya köçürüldüyünü vurğulayıb: 

"Arif bəyin vəziyyəti günü-gündən yaxşılaşır. Ayaq üstə durur, gəzir. Hazırda  əməliyyatdan sonrakı prosedurlar icra olunur”. 

Qeyd edək ki, iyunun 3-də Müsavat başqanı Arif Hacılı açıq ürək əməliyyatı olunub. 

Bahar Rüstəmli