Dünya 10:11 01.02.2023

XİN başçısı bütün Avropa ölkələrini Rusiya səfirlərini ölkədən çıxarmağa çağırdı

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib ki, bütün Avropa dövlətləri Baltikyanı ölkələr kimi Rusiya səfirlərini geri göndərə bilər. Onun sözlərinə görə, Rusiya səfirlərini Avropada saxlamağın mənası yoxdur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Verslo Zinios” nəşri yazır.

"Rusiya səfirini Avropa paytaxtlarının heç birində saxlamağın mənası yoxdur. Əksər hallarda bu, artıq diplomatik qurum deyil, müharibə cinayətlərini ört-basdır edən və ümumiyyətlə soyqırım təbliğatını aparan təbliğat qurumudur”, deyə Landsbergis Riqada Baltikyanı ölkələr və Polşanın xarici işlər nazirləri arasında görüşün keçirildiyi mətbuat konfransında bildirib. 

2022-ci ilin aprelində Litva Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb və diplomatlarını ölkədən çıxarıb. Bu ilin yanvarında Estoniya Rusiya səfiri Vladimir Lipayevi ölkədən çıxarıb. Bundan bir qədər əvvəl Estoniya Rusiya səfirliyinin işçilərinin yarıya qədər ixtisar edilməsini tələb edib. Oxşar tədbirlər Litva və Estoniya ilə həmrəylik əlaməti olaraq Latviya tərəfindən həyata keçirilib.

Nizami Bağırov