Xəbər lenti

Dünya 18:34 15.02.2024

Yaponiyanın baş naziri Şimali Koreyaya səfər edə bilər, amma... - Kim Çenin bacısı açıqladı

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Yaponiyanın baş naziri Fumio Kişidanın Pxenyana gələ biləcəyini istisna etməyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Cənubi Koreyanın "FM Korea" radiostansiyası məlumat yayıb.

"Baş nazir Kişida, əgər pisliyi aradan qaldırsanız, Pxenyana gələ bilərsiniz", deyə Kim Yo Conq bildirib.

Bundan əvvəl Kişida Şimali Koreya lideri Kim Çen Inla mümkün qədər tez görüşün təşkilinin vacibliyini bəyan edib. Yaponiyanın baş naziri hədəfə çatmaq üçün müxtəlif kanallar vasitəsilə iş aparıldığını vurğulayıb. Eyni zamanda o, gələcək danışıqlara mümkün təsirləri əsas gətirərək təfərrüatları açıqlamaqdan imtina edib.

Bunun fonunda Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi bəyan edib ki, Şimali Koreya nüvə başlıqlarını vurmaq üçün texnologiyanın yaradılmasına sadiqdir.

Eyni zamanda, ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsinin müavini Çonq Pak vurğulayıb ki, Birləşmiş Ştatlar Pxenyan tərəfindən birbaşa hərbi əməliyyatların əlamətlərini görmür.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->