Xəbər lenti

Dünya 17:30 28.01.2024

Yaponiyanın soyuq qış aylarında qarı əritmək üçün maraqlı üsulu (FOTO)

Yaponiya cənubdan şimala uzanan ölkədir. Burada yaz, yay, payız, qış fəsillərinin dördü də mövsümlərə xarakterik şəkildə bir-birini əvəzləyir. Qış gəlir, hava soyuq olsa da, Bakı kimi (hətta daha az) çox da qar yağmır (yalnız şimal adası istisna olmaqla), hava quruyur deyə yanğıntılar çoxalır. Dekabr ayında evlər təmizlənir və beləliklə yeni il qarşılanır.
 
Qar çox yağdıqda isə Yaponiyada müxtəlif təhlükəsizlik tədbirləri görülür, insanların bundan əlverişli istifadə etməsinə şərait yaradılır. Bəs səkilərin və küçələrin qardan təmizlənməsində hansı maraqlı üsullardan istifadə olunur?

Yaponiyanın səki və küçələrində soyuq qış aylarında qarı əritmək üçün ilıq su çiləyicilərindən istifadə edilir. Bu üsul qarın yığılması ilə mübarizə aparmaq və qışda daha təhlükəsiz piyada yollarını təmin etmək üçün praktik həll yolu hesab olunur.//Azərtac

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->