Xəbər lenti

Dünya 21:00 13.03.2024

Yaponlar son 30 ilin ən böyük maaş artımını gözləyir

İri Yaponiya şirkətləri həmkarlar ittifaqları ilə danışıqlardan sonra işçilərin maaşlarını 4%-dən çox artırmağa razılaşıblar. 

Qaynarinfo "Financial Times"a istinadən xəbər verir ki, bu, 1992-ci ildən bəri ən əhəmiyyətli artım olacaq.

Həlledici amillər ölkədə yaşayış minimumunun kəskin artması, eləcə də kadr çatışmazlığının getdikcə pisləşməsi idi. Keçən il həmkarlar ittifaqları 3,6% maaş artımına nail olublar.

Bu yaz işçilərin maaşlarını indeksləşdirəcək şirkətlər arasında elektronika istehsalçısı NEC (+4,3%), "ANA Holdings" aviaşirkəti (+5,6%), avtomobil istehsalçısı "Honda" (artım +5,6%), mühəndislik şirkəti "Mitsubishi Heavy Industries" (+8,3%) və polad tökmə zavodu "Nippon Steel "(+11,8%) var.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->