Aqşin YENİSEY
Siyasət 11:11 19.08.2022

“Yazıq xalq”ın HAY-küyü

Son günlər Ermənistanda baş verən hadisələr – bazarın partladılması, Suriyadan, Livandan gətirilib Dağlıq Qarabağa dürtüşdürülən ermənilərin sığındıqları evləri, meşələri yandırması, Rusiya ilə münasibətlərin pozulması və s. – bizi qonşuluğa urcah olduğumuz bu xalqın milli psixologiyası haqqında bir daha düşünməyə vardar edir.

Əvvəlcə onu deyək ki, ermənilər ərəblər, türklər, yəhudlər kimi coğrafiyanın deyil, tarixin, mədəniyyətin köçəri xalqıdır. Yəni onların köçəriliyi coğrafi yerdəyişmə yox, tarixi yerdəyişmə olub həmişə; tarixdən-tarixə, mədəniyyətdən-mədəniyyətə köçüblər və köçdükləri ərazilərin tarixini, mədəniyyətini mənimsəyib özününküləşdiriblər. Məsələn, perslərdən tanrıları, gürcülərdən çaxır çəkməyi, türklərdən yuxa yaymağı və s. çırpışdırıb öz adlarına çıxıblar. Gürcü tarixçisi Quram Marxuliya "Ermənilər Ermənistan axtarışında” kitabında yazır ki, ermənilər özlərini tanıyandan qitədən-qitəyə, ölkədən-ölkəyə öz xoşları ilə köçməyiblər, ya həmişə qovulublar, ya da kimlərinsə himayəsinə sığınıblar. 

Yazılanlara görə, miladdan əvvəl VIII əsrdə Trakya köçləri ilə Şərqi Avropadan Yaxın Şərqə, Anadoluya, Anadoludan Qafqaza və Amerikaya köçürülüblər. Həmişə də sığındıqları ölkəyə, yerli xalqlara xəyanətləri ucbatından özlərini sürgünə məruz qoyublar; yəhudilər romalılarla vətən uğrunda döyüşəndə ermənilər Qüdsdəki məhlələrində Roma əsgərləri üçün fahişəxana işlədirdilər (Montefiore "Yerusəlim” kitabı). Osmanlılar ruslarla döyüşəndə Anadolu erməniləri ruslara casusluq edirlər, Azərbaycan sovet imperiyasının əsarətindən qurtulmağa çalışanda, ermənilər rusların fətvası ilə fürsətdən istifadə edib Qarabağda azərbaycanlı qonşularını öldürüb evlərini əllərindən alırdılar. İndi də deyəsən "böyük qardaşları” ruslara qarşı xəyanətə girişiblər. "Sürməli” bazarındakı partlayışdan sonra Rusiyanın Ermənistana nota verməsi, onları ağıllı olmağa çağırması da rusların bu xəyanətdən duyuq düşdüklərinə işarədir.

Xəyanətkar xislətlərinə görə tarixin bütün dövrlərində cəzalandırılmalarına baxmayaraq, bu xalq dünyada özünün məsum, yazıq, arxası olmayan, hətta nəsli kəsilməkdə olan kiçik, ekzotik bir insan növü imicini yarada bilib. Başlarına guya saylarının az, düşmənlərinin çox olması ucbatından müsibətlər gəldiyini dünyanın bir çox insanının beyninə yeridə biliblər. Türkiyəli yazar Murad Bəlgənin "Ədəbiyyatda ermənilər” kitabından bir şeylər oxumaq fürsətim olanda ermənilərin özləri barədə yaratdıqları bu "yazıq xalq” obrazının doğurduğu effektin yazarın Ermənistanda görüşdüyü "erməni dostu” olan alman millət vəkili Diter Sperlinqin sözləri ilə belə təsvir etdiyinə şahid oldum:

"Sayları çox az olan bir millətdirlər, bu da adamda avtomatik simpatiya hissi oyadır. Başlarına gələn müsibətlər o simpatiyanı daha da gücləndirir. Bu müsibətlər ucbatından da dünyaya səpələniblər, eynən yəhudilər kimi. Mənim gördüyüm qeyri-adilikləri həm sığındıqları hər yerə uyğunlaşmaları, həm də harada yaşamalarından asılı olmayaraq, ortaq erməni kimliklərini qorumalarıdır”. 

Bu xalqın psixoanalizi alman millət vəkilinin bu kiçik xarakteristikasında yatır. Ermənilərin sürgün həyatı vətənlərindən qovulmuş yəhudi icmalarının sürgün həyatına bənzəyə bilər, amma bu sürgünün səbəbi yəhudilərinkindən tamamilə fərqlidir. Yəhudiləri yurd-yuvalarından didərgin salan səbəb miladdan əvvəl 19-cu ildə yerləşdikləri Yerusəlimdə heç vaxt işğalçılara boyun əyməmələri olub. Amma məsələn, Anadoluda yaşayan və Osmanlı xanədanında həmişə yüksək məqamlarda yer almalarına baxmayaraq, ruslara çalışan erməniləri yəhudilərə tay tutmaq, görünür, alman deputatın yəhudilər qarşısında günahkarlıq hissi keçirməsindən irəli gəlir. Fəqət erməni ilə yəhudini eyniləşdirmək yenə də yəhudilərə qarşı haqsızlıqdır, suçdur.

Ermənistanın indiki Baş naziri Paşinyanın müxalifətdə olarkən bir yazısında yazdığı "bizə atalarımızdan əxlaqsızlıq miras qalıb” sözlərinin tarixi köklərinə nəzər salmaq kifayətdir ki, yuxarıda qeyd etdiklərimiz öz təsdiqini bir daha tapsın. Ermənilərin adı tarixdə ilk dəfə miladdan əvvəl VI əsrdə Persiya şahı Daranın kitabələrində çəkilir. Hind-Avropa mənşəli dil qrupuna mənsub olmalarına baxmayaraq, özlərini Asiya kökənli dildə danışan urartuların "oğulları” hesab edən ermənilərin Paşinyanı məyus edən əxlaqsızlığı da bu dövrdən başlayır; hind-fars mifologiyasını mənimsədikdən sonra. Bu mifologiyadakı tanrı və tanrıçaları götürüb erməniləşdirən hay xalqı onlara sonradan Yunan və Roma mifologiyasından da yamaqlar yapışdırmağı unutmadılar. 

Farsların Ahuramazdasından Aramazt, onun qızı Nahitdən özlərinə, türk şoumen Okan Bayülgen demişkən, Anahit ana "qayıran” ermənilərin əcdadları bu bakirə tanrıçanın ("Nahit” farsca "ərgən qız” deməkdir) başına açdıqları oyunla sözügedən əxlaqsızlığın əsasını qoyublar. Müxtəlif tarixçilərin yazdığına görə, Anahit ananın məbədi Asiyada "məbəd fahişəliyinin” əsas məskənlərindən biri idi. Məsələn, babilli qadınlar ildə bir dəfə, baharın gəlişi münasibətilə Anahitin məbədinə gəlib bədənlərini kişilərə təslim etməli idilər. Bu, bir ilahi əmr idi. İnanclarında Anahit ana tanrıçası olan Asiya xalqlarının çoxunda bu adət vardı. İngilis tarixçisi Devid Morqan başlanğıcda qadınların hedonist əyləncə mərasimləri kimi keçirilən bu cinsi "alış-verişin” sonralar, sadəcə, kişilərin evli olmadıqları qadınlarla cinsi əlaqəyə girdikləri orgiyalara çevrildiyini və məbəd fahişəliyi deyilən qədim bir adətə yol açdığını iddia edənlərdəndir.

Günümüzdə bir vaxtlar Anahit ana məbədlərində fahişəliyin tüğyan etdiyini sübut edən dəlillər Ermənistanda yerləşən Anaitis məbədində aşkarlanan kölə qadınlara aid tapıntılardır. Qadının doğmaq, yəni yaratmaq bacarığını ilahiləşdirən bu inanc zaman keçdikcə rahiblərin şəxsi istismar sahələrindən birinə çevrilib və rahib olmayan kişilərin məbəd fahişələri ilə əlaqələri qadağan olunub.

Əslində, məbəd fahişəliyinin kökü şumer sivilizasiyasına gedib çıxır və bu sivilizasiyadan nəsibini almış bütün inanclarda onun izlərinə rast gəlmə mümkündür. Amma vaxtilə yaradılış inancını rəmzləşdirən bu dini orgiyalar günümüzdə müxtəlif formalarda bəzi xalqların həyatında, sadəcə, bu "qədim peşə”nin şəxsi, milli, siyasi məqsədlər üçün qorunub-saxlanılması kimi üzə çıxır ki, türk aydını Murad Bəlgə də "Ədəbiyyatda ermənilər” kitabında buna etiraz edir.

"Ədəbiyyatda ermənilər” kitabına görə, XX əsr türk romanlarında İstanbulda fahişəxana işlədən xristian, o cümlədən, erməni qadınları türk oxucusunu romana cəzb edən əsas personajlar olmaqla yanaşı, eyni zamanda, türk ailə qurumunu zədələyən bir problem kimi qoyulur. Murad Bəlgə türk romançılarının bu yanaşmasını qəbul etmir, amma o qadınların, əslində, hansı millətə mənsub olduqları haqqında da tutarlı bir əsas göstərmir. Kitablarında bəzən türkləri açıq-aydın aşağılayıb, erməniləri əzizləyən Saymon Montefiore də "Yerusəlim” kitabında XIX əsr Yerusəlimində rus və erməni qadınlarının fahişəxana işlətdiklərini yazır. "Ədəbiyyatda ermənilər” və "Yerusəlim” kitablarında yazılanların bir-birilərinə zidd olması XX əsr türk romanlarının həqiqəti yazdığını, ola bilsin, bəzən sənətin icazə verdiyi şişirtmələrdən istifadə etdiyini göstərir.

"Ədəbiyyatda ermənilər” kitabında yazılanları isə bizim inkar etməyimizə səbəb və ehtiyac yoxdur. Türkiyənin yaxın tarixində büdcəyə dalbadal altı dəfə ən çox vergi ödəyərək tarixi rekorda imza atmış, türk mediasının "Genelev patroniçesi” dediyi erməni qadın Matild Manukyanın adını xatırlamaq kifayətdir. 
Fransız irqçi sosioloqu və filosofu Qustav Le Bonn "Xalqların xarakteri” kitabında yazır ki, heç bir xalq tarixdən heç bir dərs almır. XXI əsrdə yaşayan ermənilərin davranışlarına baxmaq kifayətdir ki, Le Bonnun bu tezisinə heç bir şübhə və inkar yeri qalmasın. 

Bu xalq eramızdan əvvəl Şərqi Avropadan köçəndə nə idisə, bu gün Qarabağdan köçəndə də odur.

Aqşin Yenisey