Xəbər lenti

Ekonomiks 17:10 16.04.2024

"Yelo Bank" I rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

"Yelo Bank" ASC bu ilin I rübünü uğurlu nəticələrlə tamamlayıb.

Rübün yekununda Bankın xalis mənfəəti 14 milyon manatı keçib.

Bankın digər əsas maliyyə göstəriciləri üzrə də sabit artım dinamikası müşahidə olunur. Belə ki,

Ümumi kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 163 milyon manat, yəni 25 % artımla 802,5 milyon manat olub. Bankın missiyasına uyğun olaraq portfelin mühüm qismini mikro, kiçik və orta bizneslərə ayrılmış vəsaitlər təşkil edir. Rüb ərzində 5 500-dən çox müştəriyə verilmiş biznes kreditləri nəticəsində bu istiqamət üzrə portfel yarım milyard manatı keçib. Biznes kredit portfeli ötən ilin eyni rübü ilə müqayisədə 21 %, yəni 92 milyon manat artıb.

Biznesdə olduğu kimi istehlak kredit portfelində də müsbət artım tendensiyası davam edir. Hesabat dövründə 7 min müştəriyə 63 milyon manatdan çox istehlak krediti verilib. Nəticədə bu istiqamət üzrə portfel ötən ilin eyni rübü ilə müqayisədə 33 %-dən çox artaraq 290 milyon manatı keçib. Bu satışların 39 %-i, eləcə də portfel artımın 46 %-i onlayn kanallar vasitəsilə həyata keçirilib.

I rübün sonuna əmanət portfeli 837 milyon manat təşkil edir. Portfel artımının mühüm hissəsi (177 milyon manatdan çox) fiziki şəxslərin hesabına baş verib, bu da Banka olan inam və etibar göstəricisidir.

Bankın faiz və qeyri-faiz gəlirləri də artıb. 2023-cü ilin analoji dövrü ilə müqayisədə faiz gəlirləri 14 milyon manatdan çox, yəni 59 % artımla 39 milyon manatı, qeyri-faiz gəlirləri isə artımla 16 milyon manatı ötüb. 


Hesabat dövrünə Bankın məcmu kapitalı 118 milyon manatı ötüb. Bu da requlyativ tələbdən 68 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12,29 %, I dərəcəli kapitalın adekvatlıq əmsalı isə 8,31 % olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. Rübün sonuna Bankın aktivləri 1 milyard130,8 milyon təşkil edir.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram, Whatsappyelo.az hesablarımızı ziyarət edin.

"Yelo Bank" – Parlaq bankçılıq!

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?