Xəbər lenti

Foto 17:56 20.02.2024

Yeni yaşayış massivində vətəndaşların köhnəlməyən istəkləri (FOTOLAR)

"Yaşadığımız yeni yaşayış massivində mavi yanacağın olmaması bizə xeyli çətinlik yaradır. Genişlənən ərazinin təbii qazla təmin olunmasında bizə köməklik etməyinizi xahiş edirik”.
 
Bu sözləri Qobustan rayon sakini Nail Əhlimanov "Açıq mikrofon” aksiyası çərçivəsində vətəndaşlarla keçirilən görüş zamanı bildirib. Çelov kənd sakini Tapdıq Həsənovun müraciəti də küçə qaz xəttinin çəkilişi ilə bağlı olub. Ülvi Məmmədov isə ona məxsus fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib.

Aksiyaya rayonun Sədəfli kəndindən üz tutan Vətən müharibəsi qəhrəmanının atası Arif Vəliyev regionlarda bu cür görüşlərin təşkil olunmasının vacibliyini qeyd edərək təşəkkürünü bildirib. O, ötən ilin dekabr ayında Sədəfli kəndində küçə qaz xətlərinin çəkilişi işlərinin də başa çatdığını qeyd edib.

Görüş zamanı ünvanlanan bütün suallar SOCAR-ın "Azəriqaz” İB-nin məsul şəxsləri tərəfindən cavablandırılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->