Ölkə 09:30 30.06.2022

Yevlaxda əməliyyat zamanı polisə xəsarət yetirilib

Yevlaxda əməliyyat zamanı polisə xəsarət yetirilib.

DİN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya bildirilib ki, Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə getmişlər.

Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov saxlanılarkən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib. Ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.