Sağlamlıq 17:21 29.10.2022

Yoluxanlarla bağlı son statistika

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 1 nəfər vəfat edib. 
 
Bu gün koronavirus (COVID-19) əleyhinə 555 vaksin vurulub.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 144, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 122, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 246 pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 43 nəfərdir.