Xəbər lenti

Dünya 12:38 23.04.2024

Yunanıstan ABŞ-ın “zəmanətləri” müqabilində Ukraynaya “Patriot” sistemi verə bilər

Yunanıstan Türkiyə təhdidinə qarşı ABŞ "zəmanətləri” və maliyyə təzminatı paketi müqabilində "Patriot PAC-3” hava hücumundan müdafiə sistemini Ukraynaya verə bilər.

Bu barədə Qaynarinfo "Pronews”a istinadən xəbər verir

Nəşrin məlumatına görə, Afina Yunanıstanda yerləşdirilən iki "Patriot” sistemindən birini verə bilər.

Nəşrin hökumətdəki mənbələri ABŞ-ın "Patriot”un istifadəsi müddətində Yunanıstanın Türkiyə təhlükəsinə qarşı təhlükəsizliyinə "zəmanət” verdiyini, hansı növ "zəmanətlərin” təklif edildiyini açıqlamadığını bildirir.

Batareyaların məhv ediləcəyi təqdirdə, ABŞ tərəfindən yeniləri ilə əvəzlənəcəyinə əminlik var "və istənilən halda Ukraynaya verilən 61 milyard dollarlıq paketdən pul alınacaq".

Qeyd edək ki, son həftələr Rusiya Ukrayna şəhərlərinə və mühüm infrastruktur obyektlərinə qarşı hava hücumlarını gücləndirib. Xüsusilə təhlükəli ballistik raketlərin hücumlarıdır ki, bunlara qarşı dünyada yalnız iki hava hücumundan müdafiə sistemi effektivdir: "Patriot” və Fransa-İtaliya SAMP/T sistemi.
Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə bəyan edib ki, ölkəni Rusiya raketlərindən tam qorumaq üçün 25 Patriot sistemi lazımdır.

Bu müraciətlərə cavab olaraq Almaniya artıq Ukraynaya bir Patriot sistemi təhvil verib və sonra kansler Olaf Şolts Kiyevə tərəfdaşlardan daha altı sistemin veriləcəyini ehtimal edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->