Video 20:55 26.10.2022

Zaporojye AES-də partlayışın mümkün nəticələri canlandırıldı: İkinci Çernobıl faciəsi ola bilər (VİDEO)

Zaporojye atom elektrik stansiyası ətrafında gərginlik qalmaqdadır.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) rəhbərinin şəxsi səfərinə, həmçinin Qərb liderlərinin narahatlığına baxmayaraq, məsələ ilə bağlı problemlər gündəm mövzusudur.

Avstriyalı alimlər Enerqodardakı stansiyada baş vermiş partlayışın 88 mümkün nəticəsini analiz ediblər.

Bu barədə "Mash” "Telegram” kanalında məlumat verilib.

"Daha real görünən beş nəticəni nəzərdən keçirdik və animasiya şəklinə saldıq.  

Ekoloqlar tərəfindən bütün şərtlər nəzərə alınıb: relyef, hündürlük, rütubət, küləyin gücü və s. Sonra isə fəlakətin miqyasını görmək üçün hər şey vizuallaşdırılıb.

Ortaya çıxan mənzərə onu deməyə əsas verir ki, bu, təkcə Avropa üçün deyil, Yaxın Şərq ölkələri üçün də xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Və bu, hələ təkcə bir enerji blokunun partlaması üzrə hesablamalardır. Ümumilikdə Çernobılla müqayisə oluna biləcək bir fəlakətin baş verəcəyini təsəvvür etmək olar”, - deyə "Telegram” kanalı qeyd edib.