Dünya 16:10 16.02.2024

Zelenski: "Biz Rusiyaya başqalarına hörməti və sülhə gedən yol axtarmağı öyrətməliyik"

Rusiyaya başqalarına hörmət etməyi öyrətmək, həmçinin Moskvanı sülh yolu axtarmağa məcbur etmək lazımdır.

Qaynarinfo "RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin beynəlxalq Ukrayna-İsveç sərgisinin açılışında bildirib. 

Ukraynanın dövlət başçısı qeyd edib ki, dünyada əksər xalqlar öz qərarlarını verib və sülhü seçiblər və "bəzilərinin qonşuları ilə sadəcə bəxti gətirməyib”.
 
O vurğulayıb ki, Ukrayna heç vaxt 21-ci əsrdə yersiz, 19-cu və hətta 18-ci əsrləri xatırladan müharibə istəməyib.

"Rusiyanın əsassız və cinayətkar təcavüzü insan ruhunun hökmranlıq uğrunda mübarizə aparan, həyata xor baxan və tarixi xatırlamağı sevsə də, tarixdən heç nə öyrənməyən pis hissəsinin əksidir”, - deyə Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, Rusiyaya başqalarına hörmət etməyi öyrətmək, sülhü inkar etməmək lazımdır.

"Biz Rusiyaya başqalarına hörmət etməyi öyrətməliyik. Onu sülhə gedən yol axtarmağa məcbur etməliyik. Və bu mümkündür. Xatırlayırıq ki, tarixə asanlıqda əlini aşağı salanlar deyil, çətinliyə duruş gətirənlər düşür”, - Zelenski deyib. 

Nizami Bağırov