Dünya 13:30 09.02.2023

Zelenski Brüsselə getdi. Aİ liderlərinin sammitində iştirak edir

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı liderlərinin sammiti başlayıb.

Qaynarinfo xəbər verir ki, toplantıda Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edir.

İclasda Rusiya-Ukrayna müharibəsi, həmçinin Kiyevə yardımların artırılması məsələləri müzakirə olunur.

Avropa Parlamentinin (AP) sədri Roberta Metsola bunu tarixi gün adlandırıb.

Zelenski sammit çərçivəsində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşüb.