Dünya 14:58 19.01.2023

Zelenski çətin vəziyyətdə: "Putinin sağ olub-olmadığını başa düşə bilmirəm"

İndi Rusiya Federasiyasının nümayəndələrindən kiminlə danışıqlar aparmağın mümkün olduğu bəlli deyil. Rusiya prezidenti Vladimir Putinin ümumiyyətlə, sağ olub-olmadığı da dəqiq deyil.

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna” Ukrayna prezidenti Volodimir Zelenskinin Davosda "Ukrayna səhər yeməyi”ndə verdiyi bəyanata istinadən yazır.

"Danışıqlar sülh demək deyil. Sülhü tərəflər dərk etməlidirlər. Buna baxmayaraq, mən prezident olduğum gündən biz diplomatiya yolu ilə torpaqlarımızı azad etmək üçün hər şeyi etmişik və bunu daim təklif etmişik. Amma kimsə istəmədi, sonra kiminsə vaxtı olmadı, bəziləri inanmadı, bəziləri isə şərtlər irəli sürdü”, - deyə Zelenski bildirib.

O, həmçinin Moskvada dayağı olan belə "kimlərin” çox olduğunu deyib.

"Və bu gün mən kiminlə və nə haqda danışacağımı tam başa düşə bilmirəm. Mən əmin deyiləm ki, Rusiya prezidentinin bəzən "xromakey”də (efirdə şəkilləri bir-birinin üzərinə qoya biləcək yaşıl fon - red) göründüyünə əmin deyiləm. O, orda peyda olur, amma mən tam başa düşmürəm ki, orada olan məhz odurmu və onun sağ olduğunu tam başa düşə bilmirəm. O qərar verir, yoxsa qərarı verən başqasıdır? Hansı insanlar dairəsi (qərar verir)? Məndə belə bir məlumat yoxdur”, - Zelenski bildirib.

Ukrayna dövlət başçısı Rusiya Federasiyasının Avropa liderlərinə bir şey vəd etməsinə, daha sonra isə Ukraynaya genişmiqyaslı işğala başladığına da diqqət çəkib.

"Mən sadəcə olaraq, kiminlə iş gördüyümüzü tam başa düşə bilmirəm. Ona görə də danışıqlardan söhbət açılanda kiminlə olduğunu tam başa düşmürəm. Mənə elə gəlir ki, Rusiya əvvəlcə "kimisə" tapmalı, sonra isə "nəsə" təklif etməlidir”, - Zelenski yekunlaşdırıb.

Qeyd edək ki, daha əvvəl prezident Vladimir Zelenski Putinin öləcəyi təqdirdə müharibənin dayanacağını bildirib.

Nizami Bağırov